Bu ölkədə 4 günlük matəm elan edildi
Bu gün Yunanıstanda keçmiş baş nazir Kostas Simitis vəfat edib.
Dünyasını dəyişən 88 yaşlı Simitisin dəfn xərcləri dövlət büdcəsindən qarşılanacaq.
Ajans.az xəbər verir ki, bu barədə Yunanıstan Dövlət Televiziyası ERT məlumat verib.
Mərasim yanvarın 9-da yerli vaxtla saat 12:00-da keçiriləcək. Simitis üçün elan edilən milli matəmlə əlaqədar bütün dövlət qurumlarında bayraqlar 4 gün ərzində yarıya qədər endiriləcək.
Bu gün səhər saatlarında təcili yardım maşını ilə Korintos xəstəxanasına aparılan Simitis xəstəxanaya çatanda ölüb.
1936-cı ildə anadan olan Simitis Yunanıstanda dəfələrlə hakimiyyətdə olan PASOK-un qurucu üzvlərindən biri olub. Simitis PASOK hökuməti dövründə dəfələrlə nazir vəzifəsində çalışsa da, 1996-2004-cü illərdə həm partiya lideri, həm də baş nazir vəzifələrində çalışıb.