Bu nazirliyin əməkdaşı rüşvətə görə SAXLANILDI
Rusiyada polis əməkhaqqı fondundan 1,1 milyon rubl oğurlamaqda şübhəli bilinən Rəqəmsal İnkişaf Nazirliyinin əməkdaşını saxlayıb.
Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsindən məlumat verilib.
Qanun pozuntusunu FSB əməliyyatçıları ilə birlikdə iqtisadi təhlükəsizlik və korrupsiya ilə mübarizə şöbəsinin əməkdaşları aşkar ediblər .
Kalininqrad İnformasiya və Texniki Təhlükəsizlik Araşdırma Mərkəzinin 46 yaşlı əməkdaşına qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb. İstintaqın məlumatına görə, o, 2020-2022-ci illərdə təsisçisi Rəqəmsal İnkişaf Nazirliyinin olduğu ləğv edilmiş mərkəzin əməkhaqqı fondundan vəsaitə sahib olub.
Şübhəlini pul cəzası ilə on ilə qədər həbs gözləyir.