Bu internet provayderləri ləğv olunur

Bu internet provayderləri
Gündəm 29-11-2024 - 22:09

"Enginet" və "Extranet" MMC-lər "Uninet" MMC-yə qoşulması nəticəsində ləğv edilirlər.

Ajans.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.

Belə ki, "Uninet" MMC "Enginet" MMC və "Extranet" MMC-nin ona qoşulması ilə yenidən təşkil edildiyini və adları çəkilən hüquqi şəxslərin hüquqi varisi olduğunu elan edib.

Qeyd edək ki, "Uninet" MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 100 010 manat olan şirkətin qanuni təmsilçisi İlqar Şamil oğlu Nəhmədovdur.

PAYLAŞ: