Bu içkilər sağlamlığınızı məhv edir - Diqqətli olun!
Mütəxəssislər sağlam həyat tərzi üçün bəzi içkilərin istifadəsindən uzaq durmağı tövsiyə edirlər. Bu içkilər həm sağlamlığa zərər verə bilər, həm də uzunmüddətli fəsadlar yarada bilər.
Ajans.az ən zərərli içkilər və onların mümkün təsirlərini təqdim edir:
Enerji içkiləri – Qısa müddətlik enerji verən bu içkilər tərkibində yüksək miqdarda kofein və şəkər saxlayır. Bu maddələr ürək-damar problemlərinə, yüksək qan təzyiqinə və yuxu pozğunluqlarına səbəb ola bilər.
Qazlı içkilər – Qazlı içkilər tərkibində olan şəkərin yüksək miqdarı və turşuluğu ilə diş minasını məhv edir, piylənmə və diabet riskini artırır. Onların tez-tez qəbulu mədə-bağırsaq sisteminə də mənfi təsir göstərir.
Alkoqollu içkilər – Alkoqol mütəmadi istifadədə qaraciyər problemlərinə, beyin funksiyalarının zəifləməsinə və depressiya kimi psixoloji problemlərə gətirib çıxara bilər. Həmçinin, yüksək miqdarda alkoqol istifadəsi asılılıq yarada bilər.
Süni meyvə şirələri – Marketlərdə satılan süni meyvə şirələri çox vaxt tərkibində yüksək miqdarda şəkər, süni rənglər və qoruyucular saxlayır. Bu, onları sağlam seçimdən uzaq edir və bədəndə şəkər balansını pozur.
Mütəxəssislər sağlam həyat üçün təbii su, təzə meyvə şirələri və bitki çaylarını daha təhlükəsiz alternativlər kimi tövsiyə edirlər.