Bu ərazilərdə zəlzələlər gözlənilir

Bu ərazilərdə
Gündəm 06-04-2025 - 20:07
 353

Kalininqrad vilayətində, Krımda, Şimali Qafqazda və Krasnodar diyarında zəlzələlər ola bilər.

 Ajans.az xəbər verir ki, bu barədə rusiyalı fizika-riyaziyyat elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Yerin Fizika İnstitutunun Seysmik Təhlükə Laboratoriyasının rəhbəri Aleksey Zavyalov deyib.

O, Kalininqrad vilayətində zəlzələnin nisbətən yaxınlarda, 2000-ci illərin birinci yarısında baş verdiyini vurğulayıb. O zaman körpülər, dəmir yolları dağıdılıb.

Zavyalov əlavə edib ki, Moskvanın yerləşdiyi yer qabığı zəlzələ yaratmır və bu səbəbdən orada zəlzələlər gözlənilmir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: