Vatsap çökdü

Vatsap
Dünya 12-04-2025 - 19:27

Dünyanın ən populyar mesajlaşma platformalarından biri olan Vatsap bu gün qlobal miqyasda texniki problemlə üzləşib.

Ajans.az xəbər verir ki, istifadəçilər tətbiqə daxil ola bilmədiklərini, mesaj göndərmək və qəbul etməkdə çətinlik yaşadıqlarını bildiriblər.

Problem daha çox "Android" sistemli cihazlarda müşahidə olunur. Çöküntü qısa müddət ərzində sosial şəbəkələrdə geniş rezonans doğurub.

"Meta" şirkəti hələlik məsələyə dair rəsmi açıqlama yaymayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: