Bu, ağciyər xərçənginin əlamətidir! - DİQQƏT

Mütəxəssislər deyirlər ki, öz bədəninizdə həyata keçirə biləcəyiniz praktiki test əslində sağlamlıq problemlərinizi müəyyən etmək üçün əhəmiyyətli bir yol ola bilər. Ağciyər xərçənginin ən bariz əlamətləri olan döş qəfəsində ağrı, nəfəs darlığı və hırıltı ilə yanaşı evdə tez bir zamanda tətbiq edə biləcəyiniz bu üsulla ağciyər sağlamlığınızı öyrənə bilərsiniz.
Zərərli hüceyrələrin idarə olunmadan böyüyərək mutasiyaya uğraması nəticəsində yaranan xərçəng növü olan ağciyər xərçəngi xroniki və şiddətli öskürək, nəfəs darlığı kimi əlamətlərlə özünü göstərir. Bu məlum əlamətlərlə yanaşı, ağciyər xərçənginin həmişə gözünüzün qabağında olan bir orqan vasitəsilə də özünü göstərə biləcəyini bilirdinizmi?
Ajans.az xəbər verir ki, ağciyər xərçəngi müxtəlif formalarda özünü göstərsə də, bir çox xəstələrdə ümumi olan müəyyən əlamətlər var.
Ağciyər xərçənginin bəzi ümumi simptomları arasında zamanla pisləşən davamlı öskürək, nəfəs darlığı, sinə ağrısı, udma çətinliyi və sürətli kilo itkisi daxildir.
Bunlardan başqa görülən digər simptomlar ağciyər xərçənginin ilkin mərhələlərində də görünə bilən qanlı bəlğəmdir.
Xərçəngin qırtlaq siniri adlanan döş qəfəsindəki sinirə basması səbəbiylə səsin xırıltısı və ya dəyişməsi baş verə bilər.
Xərçəng hüceyrələri bədəndəki sağlam hüceyrələrdən daha çox enerji tələb edir, bu da bədənin normaldan daha çox kalori yandırmasına səbəb olur. Bu vəziyyət insanı arıqlamağa tətikləyir, arıqlamağa səbəb olur.
Bədəndəki qırmızı qan hüceyrələrinin sayının az olması da insanın yorğunluq və halsızlıq kimi yansımaları ilə özünü yorğun və bitkin hiss etməsinə səbəb olur.
Mütəxəssislərin fikrincə, sadə "barmaq sınağı" ağciyər xərçəngini erkən aşkar etməyə və potensial olaraq həyatı xilas etməyə kömək edə bilər. Sinə ağrısı, təngnəfəslik və xırıltı kimi əlamətlər çox görülsə də, bunlardan əvvəl əllərdə də əlamətlər görünə bilər.
Kiçik hüceyrəli olmayan ağciyər xərçəngi xəstələrinin %35-ində və kiçik hüceyrəli ağciyər xərçəngi xəstələrinin %4-də görülən bu barmaq şişlik əlaməti üçün mütəxəssislər, "Barmaqlarınızın dırnaq hissəsinin getdikcə şişib qabarıqlaşdığını düşünürsünüzsə, ən qısa zamanda həkiminizə müraciət edin" deyirlər.
Əlaqədar barmaq şişməsi tədricən inkişaf edir, adətən dırnağın dibindən başlayır və yayılır, dırnağın normaldan daha çox əyilməsinə səbəb olur. Mütəxəssislər bildirirlər ki, dırnaq yatağının yumşalması və dəri ətrafında qızartılar da ciddi əlamət ola bilər.
Tədqiqatçılar "Ürək və ya ağciyər problemi kimi xəstəlikləri olan insanlar barmaqların və dırnaqların şəklində müəyyən dəyişikliklərlə üzləşə bilər" ifadələrini işlədib. Mütəxəssislər araşdırma nəticəsində bu simptomları olan insanların tez bir zamanda həkimlərinə müraciət etmələrini qətiyyətlə bildirirlər.