Böyük Britaniya Ukraynanı ərazilərinin bir hissəsindən imtina etməyə çağırdı

Böyük Britaniya Ukraynanı ərazilərinin bir hissəsindən imtina etməyə
Böyük Britaniya, Ukrayna
Siyasət 20-11-2024 - 18:56

Ukrayna münaqişəni həll etmək üçün güzəştə getməli və bəzi ərazilərdən imtina etmək məcburiyyətində qalacaq.

Ajans.az xəbər verir ki, bu fikri Böyük Britaniyanın Rusiyadakı keçmiş səfiri Entoni Brenton deyib, onun sözlərini “Sky News” yayıb.

“Bu, bir tərəfdən Ukraynaya ərazi güzəştlərini nəzərdə tutan, digər tərəfdən isə onun əsas maraqlarına cavab verən münaqişəyə son qoymaq üçün razılaşma əldə etməkdir: Qərbin zəmanət verdiyi təhlükəsizlik. Amma bunun qiyməti güzəştlər olacaq”, - deyə diplomatik missiyanın keçmiş rəhbəri bildirib.

Brenton Rusiyanın guya Polşa və Baltikyanı ölkələrə qarşı hər hansı iddia irəli sürməyi planlaşdırdığı fikrini də tənqid edib. O, bu cür fikirlərin “cəfəngiyyat” olduğunu qeyd edib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: