"Bölgələrdə həkim çatışmazlığı var" - RƏSMİ
Bölgələrdə həkim çatışmazlığı var.
Ajans.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov deyib.
"Hazırda səhiyyə sistemimizin problemləri var. Həkimlərimizin 60-70%-i paytaxtda cəmləşib. Regionlarda həkim çatışmazlığı yaşanır".
"TƏBİB qurularkən büdcə 800 milyon idisə, indi büdcəmiz 1,8 milyarda qədər artıb. Hədəfimiz budur ki, növbəti illərdə 90 müəssisə artıq özünü maliyyələşdirəcək səviyyəyə gəlsin".