Biz Zəngəzur dəhlizi məsələsində Azərbaycanı tam dəstəkləyirik - Parlament sədri
Ümid edirəm ki, Zəngəzur dəhlizi layihəsi tezliklə həyata keçiriləcək.
Ajans.az xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Numan Kurtulmuş deyib.
Kurtulmuş qeyd edib ki, Türkiyə Zəngəzur dəhlizi məsələsində Azərbaycanı güclü şəkildə dəstəkləyir. Onun sözlərinə görə, Zəngəzur dəhlizi təkcə Türkiyə və Azərbaycanın deyil, bütün region ölkələrinin maraqlarına əsaslanır. Kurtulmuş bunun sülh dəhlizinə çevriləcəyinə ümid etdiyini bildirib.