Bayramovla Mirzoyan eyni tədbirdə - Nazirlər görüşəcək?
ATƏT Nazirlər Şurası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş nəzərdə tutulmayıb.
Ajans.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan KİV-ə bildirib.
Xatırladaq ki, dekabrın 4-dən 5-dək Maltada ATƏT Nazirlər Şurasının 31-ci iclası keçirləcək. İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edir.
Nazirlərin Maltada ikitərəfli görüşləri də planlaşdırılır.