Bayden Trampı Putinə zəng etdiyinə görə tənqid etdi
Ağ Evin hazırkı rəhbəri Co Bayden Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı Rusiya lideri Vladimir Putinə COVID-19 testləri ilə bağlı zəng etdiyinə görə tənqid edib.
Ajans.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Bu zarafat deyil, Tramp dostu Putinə zəng edib və onun COVID-19 üçün testlər apardığına əmin olub. Bu adamın nə günahı var?” - Bayden deyib.
Qeyd edək ki, “The Washington Post” araşdırmaçı jurnalist Bob Vudvordun yeni kitabından çıxarışlara istinad edərək, Donald Trampın ABŞ prezidenti vəzifəsini icra edərkən 2020-ci il pandemiyasının qızğın çağında şəxsi istifadə üçün gizli şəkildə Vladimir Putinə COVID-19 testləri göndərdiyini yazmışdı .