Baxçalını öldürəcəyini dedi - VİDEO

Baxçalını öldürəcəyini dedi -
Əhməd Yılmaz
Siyasət 12-12-2024 - 16:08

Milliyyətçi Türkiyə Partiyasının sədri Əhməd Yılmaz MHP lideri Dövlət Baxçalının İmralı çağırışına reaksiya verib.

Ajans.az xəbər verir ki, Yılmaz qatıldığı Abdullah Öcalanı öldürəcəyini bildirib.

Mövzu ilə bağlı çıxışına davam edən Yılmaz, “Türk Millətinin əsəbi, qavrayışları ilə oynanılır, ələ salınır. Buna heç kəsin gücü çatmaz. Şərəf və namus sözü verirəm, onun ən yaxınlarından birini öldürəcəm. İndi ona toxuna bilməmək uşaqlarımızın intiqamıdır. Ata bilməməyimizin səbəbi odur ki, mühafizə altındadırlar, çıxsınlar, camaatın qarşısına! Açıq deyirəm, çıxarsınlar, öldürəcəm” ifadələrini işlədib.

MHP lideri Baxçalı oktyabrın 22-də partiyasının qrup toplantısında ilk olaraq “Abdullah Öcalan TBMM-ə gəlməlidir” demişdi.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: