Baxçalıdan Hələb qalasında Türkiyə bayrağının asılmasına REAKSİYA - VİDEO
Partiya qrupunda gündəmdə olan məsələlərlə bağlı qiymətləndirmələr aparan MHP lideri Dövlət Baxçalı Hələb qalasında Türkiyə bayrağının dalğalanması mövzusuna toxunub.
Ajans.az xəbər verir ki, o, “Hələb özü türk və müsəlmandır. Bunu deyən tək biz deyilik. Tarix danışır, coğrafiya danışır, həqiqət danışır, əcdadlarımız danışır, Hələb qalasında dalğalanan Türk bayrağı danışır” ifadələrini işlədib.
Baxçalı bildirib ki, Türkiyə ilə qeyd-şərtsiz təmas, dialoq qurmaq və normallaşma iradəsini göstərmək əvvəlcə onun, sonra isə ölkəsinin xeyrinədir.
Qeyd edək ki, müxaliflərin Hələb qalasını ələ keçirməsindən 76 il sonra ilk dəfə Hələb qalasında Türkiyə bayrağı dalğalanıb. Türkiyə bayrağı sonuncu dəfə Hələb qalasında 1948-ci ildə asılıb.