Baş prokuror Aktaudakı təyyarə qəzası ilə bağlı açıqlama verdi
Prezident İlham Əliyevin tapşırığı ilə Aktaudakı təyyarə qəzası ilə bağlı bütün aidiyyatı dövlət qurumları səfərbər olub və öz vəzifələrini yerinə yetirib.
Ajans.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev Şəhidlər xiyabanında jurnalistlərə açıqlamasında bildirib ki, ölkə rəhbərliyinin göstərişi ilə prokurorluq cinayət işi başlayıb. Onun sözlərinə görə, hadisə ilə bağlı Azərbaycan, Rusiya və Qazaxıstanın müvafiq qurumları arasında birgə araşdırmalar aparılır.
“Qəzaya görə üç ölkədə cinayət işi açılıb. Hər bir ölkə öz yurisdiksiyası çərçivəsində sübutları toplayır. Daha sonra həmin sübutlar təhlil ediləcək və məsuliyyət daşıyan şəxslərin müəyyən olunaraq cəzalandırılması təmin ediləcək,” - deyə baş prokuror vurğulayıb.