Baş nazir istefa verərkən kreslosunu da özüylə APARDI

Baş nazir istefa verərkən kreslosunu da
Trüdo
Dünya 11-03-2025 - 12:21
 177

Kanadanın istefa verən baş naziri Castin Trüdo parlamenti tərk edərkən doqquz il İcmalar Palatasında tutduğu ofisin kreslosunu da özü ilə aparıb.

Ajans.az xəbər verir ki, Trüdo dilini çıxararaq mətbuata poza verib. Kadrları izləyən hər kəs “Divan sevgisi” şərhini yazıb.

2015-ci ildən Kanadanın baş naziri olan Castin Trüdo 9 ildən sonra tutduğu vəzifədən istefa verib. ABŞ prezidenti Donald Trampla toqquşmasında məğlub olan Trüdo həm də partiyadaxili təzyiqlər və Trampın 25%-lik tariflərlə bağlı təhdidləri ilə mübarizə apararkən ictimai dəstəyi də itirib.

Trüdonun istefasından sonra Kanada Bankının keçmiş rəhbəri Mark Karni Liberal Partiyasının liderlik yarışında qalib gəlib.

9 Mart 2025-ci ildə Ottavada keçirilən seçkidə yüzdə 85,9 səslə partiya lideri və yeni baş nazir seçilən Karni ilk çıxışında Trampa meydan oxuyub:

"Amerika Kanada deyil. Kanada heç vaxt Birləşmiş Ştatların bir hissəsi olmayacaq".

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: