Paşinyan Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyətini Moskvaya göndərdi
Baş nazir Nikol Paşinyanın qərarına əsasən, baş nazirin müavini Mher Qriqoryanın başçılıq etdiyi Ermənistan nümayəndə heyəti cümə axşamından şənbə gününə kimi Moskvaya göndərilir.
Ajans.az xəbər verir ki, bu nümayəndə heyəti 12 nəfərdən ibarətdir.
Rusiya paytaxtında nümayəndə heyəti Ermənistan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 23-cü iclasında iştirak edəcək.