Moldovada keçirilən referendumun ilkin nəticələri
Moldova Mərkəzi Seçki Komissiyası (MSK) Avropa İttifaqına daxil olmaqla bağlı Konstitusiya referendumunun protokollarının 99,05 faizini işləyib.
Ajans.az xəbər verir ki, referendum protokollarının ümumi səs sayından 99,05 faizi işləndikdən sonra müəyyən olunub ki, seçicilərin 50,30 faizi respublika Konstitusiya referendumunda “lehinə”, 49,70 faizi isə “əleyhinə” səs verib.
Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karaman brifinqdə qeyd edib ki, dairə seçki şuralarının protokollarını aldıqdan sonra komissiya seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsinə hesabat təqdim edəcək, o da öz növbəsində 10 gün müddətində referendumun nəticələrini öz qərarı ilə təsdiq və ya təkzib edəcək.