"Bakıdakı ofisimdə oturmuşam, səhhətim də yaxşıdır" - Vahid Əhmədov

Bu gün sabiq millət vəkili Vahid Əhmədovun səhhətində problem yarandığı və onun Almaniyada xəstəxanaya yerləşdirildiyi barədə xəbərlər yayılıb.
Məsələ ilə bağlı sabiq deputat Ajans.az-a verdiyi açıqlamada yayılan məlumatları təkzib edib. O, səhhətinin tam normal olduğunu və hazırda Bakıdakı ofisində iş başında olduğunu qeyd edib:
"Səhhətimlə bağlı sadəcə ildə bir neçə dəfə Almaniyaya gedirəm. Hazırda səhhətimdə heç bir ciddi problem yoxdur. Hazırda ofisimdə oturmuşam və işlərimlə məşğulam. Yayılmış xəbərlər həqiqəti əks etdirmir".