Türkiyədə helikopter xəstəxanaya ÇIRPILDI
Türkiyənin Muğla bölgəsində Təhsil və Araşdırma Xəstəxanasına çırpılan helikopter yaxınlıqdakı boş əraziyə düşüb.
Ajans.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
Məlumata görə, xilasedici qruplar hadisə yerində işlərini davam etdirir.
Türkiyə mətbuatının məlumatına görə, hadisə nəticəsində 4 nəfər həlak olub. Ölənlərdən ikisi pilot, biri həkim, digəri isə tibb işçisidir.