Bakıda bu yol təmirə görə bağlandı

Bakıda bu yol təmirə görə
Cəmiyyət 26-03-2025 - 13:30

Atatürk prospektində yolda məhdudiyyət tətbiq edilib.

Bu barədə Ajans.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, Nərimanov rayonunun Atatürk prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

    "Bu səbəbdən metronun “Gənclik” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyət tətbiq edilir", - məlumatda vurğulanıb.

    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

    PAYLAŞ: