Yarım milyonluq RANGE ROVERLƏ təhlükə törədən SÜRÜCÜ BU ŞƏXSDİR

Yarım milyonluq RANGE ROVERLƏ
Gündəm 29-03-2025 - 21:10
 1045

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə əks yola çıxaraq yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü ilə bağlı tədbir görülməsi barədə xəbər vermişdik. Belə ki, sürətlə hərəkət edən 10-ZY-100 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü Zaur İbrahimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Xatırladaq ki, 10-ZY-100 dövlət qeydiyyat nişanlı, təxminən 500 min manatlıq "Range Rover" markalı avtomobilin sürücüsü manevrlər edərək digər hərəkət iştirakçılarına təhlükə yaradıb.

Ajans.az-ın əldə etdiyi məlumata görə yarım milyonluq "Range Rover"lə Sumqayıt şəhərini Saray qəsəbəsini birləşdirən körpüdə yolun əks istiqaməti ilə hərəkət edərək təhlükə törədən sürücü Zaur İbrahimov bizneslə məşquldur. O Sumqayıtda "777 AVTOSALON" adlı avtomobil satışı salonunun sahibidir.  
Qeyd edək ki, Zaur İbrahimov əslən Naxçıvanlıdır, Sumqayıt sakinidir.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

PAYLAŞ: