Bakıda arvadının qulağını kəsən kişi saxlanıldı

Bakıda arvadının qulağını kəsən kişi
Gündəm 05-04-2025 - 18:02

Bakıda boşanmaq istəyən həyat yoldaşının bıçaqla qulağını kəsən şəxs saxlanılıb.

Ajans.az xəbər verir ki, bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.

O, bildirib ki, aprelin 4-də Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində həyat yoldaşına xəsarət yetirən İntiqam Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb.

Araşdırma aparılır.

PAYLAŞ: