Bakıda 9 otaqlı ev YANDI

Hadisə
11-03-2025 - 09:05
Bakıda 9 otaqlı evdə yanğın olub.
Bu barədə Ajans.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonunda ümumi sahəsi 350 m² (hər mərtəbəsi 175 m²) olan ikimərtəbəli 9 otaqlı evin 1-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan qarajın yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.