Bacısı oğluna yüksək vəzifə verən icra başçısı qanunu pozub? - TƏCİLİ

Bacısı oğluna yüksək vəzifə verən icra başçısı qanunu pozub? -
Əziz Əzizov
Gündəm 27-11-2024 - 13:28
 81

Xəbər veridyimiz kimi, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov özünə yeni köməkçi təyin edib. Bu vəzifəyə Əziz Əzizovun bacısı oğlu Murad Ağayev gətirilib.

Maraqlıdır, Əziz Əzizovun öz bacısı oğluna vəzifə verməsi qanunla necə tənzimlənir?

Ajans.az -ın verdiyi xəbərə görə, Azərbaycanda dövlət qulluğunda vəzifə tutan yaxın qohumların eyni qurumda çalışması qanunla tənzimlənir. Bu, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsi ilə müəyyən olunur. Qanunun bu maddəsinə əsasən, yaxın qohumlar – yəni valideynlər, həyat yoldaşı, uşaqlar, qardaşlar, bacılar, həmçinin valideynlərin qardaş və bacıları, digər birinci dərəcəli qohumlar – birbaşa tabelik və hesabatlılıq münasibətləri olduğu hallarda bir dövlət orqanında işləyə bilməzlər.

Qanunda göstərilir ki, yalnız xüsusi hallar və dövlət başçısının fərmanı ilə bu qaydadan istisna halları tətbiq edilə bilər. Lakin bu, nadir hallarda baş verir və əsasən yüksək vəzifəli şəxslərə şamil olunur. Bu məhdudiyyət korrupsiya hallarının qarşısını almaq, idarəetmədə şəffaflığı təmin etmək və vəzifə səlahiyyətlərinin qohumluq əlaqələrinə görə sui-istifadəsinin qarşısını almaq məqsədi daşıyır.

Əgər yeni təyin olunan icra başçısının oğlunu köməkçi təyin etməsi birbaşa tabelik əlaqəsi yaradırsa, bu addım qanuna ziddir və hüquqi məsuliyyət doğura bilər. Oxşar hallarda məsələnin qanun çərçivəsində araşdırılması vacibdir.

Qeyd edək ki, Murad Əsgər oğlu Ağayev əvvəllər də Əziz Əzizovla birlikdə çalışıb. O, 2006-2018-ci illərdə Əziz Əzizovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrdə bir neçə il onun sürücüsü vəzifəsində işləyib.

Xatırladaq ki, Əziz İmran oğlu Əzizov bu ilin iyul ayında Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Fotoda: Murad Ağayev

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: