"Azercell"ə bağlı "ASAN İmza"lar iflic vəziyyətdə

"Azercell"ə bağlı "ASAN İmza"lar iflic vəziyyətdə
Gündəm 04-03-2025 - 12:07
 193

Xəbər verdiyimiz kimi, ötən gündən etibarən “Asan imza” sistemi ilə bağlı problem yaranıb. Nəticədə bankların və Dövlət Vergi Xidmətinin elektron xidmətlərindən istifadə mümkünsüz olub. Problemin əsasən "Azercell" nömrələrinə bağlı hesablarda yaşandığı bildirilir. 

Ajans.az məsələ ilə bağlı "Azercell" şirkəti ilə əlaqə saxlayıb. Bildirildi ki, sözügedən problem barədə hazırda araşdırma aparılır və yaxın zamanda müvafiq rəsmi açıqlama ediləcək.

PAYLAŞ: