Azərbaycanda meymunçiçəyi virusuna yoluxan şəxsin son vəziyyəti necədir?
Meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir.
Ajans.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir. Həkimlərin müşahidəsi altındadır.
Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.