Azərbaycanda güclü qasırğa baş verə bilər? - ŞOK AÇIQLAMA

Azərbaycanda güclü qasırğa baş verə bilər? -
Gündəm 12-10-2024 - 10:28
 1063

Dünən Neftçalada kiçik bir burulğan hadisəsi baş verib. Bu da insanlarda təbii fəlakətlərə qarşı maraq oyadıb. Neftçalada dünən baş verən kiçik burulğan hadisəsi insanların diqqətini təbii fəlakətlərə yönəldib. ABŞ-da isə Milton qasırğası bir neçə gündür davam edir və geniş müzakirələrə səbəb olub. Azərbaycanda bu cür güclü qasırğaların baş verməsi nadir hallarda mümkün olsa da, iqlim dəyişikliyinin təsiri altında qeyri-adi hava şəraiti yaşanma ehtimalı artır. Ölkəmizdə bu cür fövqəladə hadisələrə hazırlıq məsələsi getdikcə daha aktual olur.

Maraqlıdır, Azərbaycanda kiçikölçülü qasırağalar baş verə bilərmi?

Məsələ ilə bağlı danışan ekoloq, AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Ajans.az-a bildirib ki, Azərbaycanda güclü qasırğanın baş verməsi ehtimalı çox aşağıdır, çünki ölkəmiz tropik qasırğaların təsir etdiyi coğrafi ərazidə yerləşmir:

“Bu kimi hadisələr respublikanın bir çox ərazilərində baş verir. Bu, təbii ki, iqlim qurşağı müxtəlif olan ərazilərin birləşməsindən yaranır. Bu Tornado deyil, adi hava burulğanıdır. Tornado tama fərqli bir hadisədir. Şimaldan gələn soyuq hava kütlələri, Atlantik okeandan gələn hava kütlələri ilə toqquşur və nəticədə Tornado yaranır.  O, nəhəng buludlardan yaranır və çox güclü olur. Maşınları, evləri və başqa-başqa obyektləri qaldıra biləcək gücə malikdir. Azərbaycanda heç bir zaman belə hadisə baş verməz. Sadəcə kiçik-kiçik hava burulğanları yarana bilər”.

Ekoloq qeyd edib ki, iqlim dəyişikliyi nəticəsində dünya miqyasında hava şəraitində dəyişikliklər müşahidə edilir. Buna görə də, bəzən Azərbaycanda qeyri-adi hava hadisələri, məsələn, burulğanlar və güclü küləklər yaşana bilər. Onun sözlərinə görə, təhlükəsizlik tədbirlərini gücləndirmək və bu cür hadisələrə hazırlıqlı olmaq faydalıdır:

“Neftçalada qeydə alınan hadisə bu aylarda respublikamızın bir çox ərazilərində daim baş verir. Adətən yaz-yay aylarında olur. Azərbaycanda iki iqlim qurşağınının birləşməsində yerləşdiyinə görə belə hadisələr baş verə bilər. Hazırda ABŞ-ın bəzi bölgələrində Milton qasırğası davam edir və geniş müzakirələrə səbəb olub. Amma belə bir hadisənin bizdə olması mümükün deyil”.

Qeyd edək ki, bu gün səhər saatlarında sosial şəbəkələrdə və bir sıra KİV-də Neftçala rayonunda Tornado hadisəsi ver veridyi ilə bağlı məlumatlar verilib və xəbərlər dərc olunub. 

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: