Azərbaycanda bu ərazilərə qar yağdı

Cəmiyyət
20-03-2025 - 23:15
Bu gün saat 21:00-a olan faktiki hava açıqlanıb.
Ajans.az xəbər verir ki, bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur.
Belə ki, Bakı və Abşeron yarımadasında, eyni zamanda Göygöl, Gəncə, Naftalan, Goranboy, Tovuz, Şəmkir, Şəki, Balakən, Zaqatala, Oğuz, Qəbələ, Quba, Xınalıq, Qusar, Xaltan, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Xocalı, Mingəçevir, Yevlax, Kürdəmir, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Hacıqabul, İmişli, Yardımlı, Lerik, Lənkəran və Astarada fasilələrlə yağış yağır.
Gədəbəy, Şahdağ, Şuşa, Qax (Sarıbaş) və Daşkəsəndə isə arabir qar yağır.
Mövzular:
Oxşar xəbərlər
"Azərsun" Kağız Karton İstehsalat Korporasiyasına mediatur təşkil olunub - FOTOLAR
Cəmiyyət14:31 / 28-04-25