Sirkə turşusu içən gənc qız xəstəxanada öldü

Sirkə turşusu içən gənc qız xəstəxanada öldü
Hadisə 28-03-2025 - 10:17

Gəncədə sirkə turşusu içən gənc qız Bakıda xəstəxanada ölüb.

Ajans.az APA-ya istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü N. Məmmədova Gəncə şəhərində yaşadığı evdə martın 26-da sirkə turşusu içib.

Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Onun vəziyyəti ağır olduğundan Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.Həkimlərin səyinə baxmayaraq, N.Məmmədova bu gecə sözügedən xəstəxananın Toksikologiya şöbəsində vəfat edib.N.Məmmədova 2021-ci ildə atasının ölümündən sonra psixoloji sarsıntı keçirib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: