Azərbaycan Prezidentinə təşəkkür etdi

Azərbaycan Prezidentinə təşəkkür etdi
Cəmiyyət 12-01-2025 - 16:55

Serbiyanın dövlət başçısı Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Ajans.az xəbər verir ki, bu barədə o, "X" sosial platformasında yazıb.

"Azərbaycanlı qardaşlarımız və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyimiz Prezidentə sonsuz təşəkkürlər", - Vuçiç qeyd edib.

PAYLAŞ: