Gənc qız səhvən sirkə turşusu içib

Cəmiyyət
30-03-2025 - 10:50
Kəlbəcər rayonu qeydiyyatında olan və Mingəçevir şəhərində məskunklaşan 2001-ci il təvəllüdlü Quluyeva Zərnişan Rizvan qızı ötən gün saat 23 radələrində yaşadığı evdə ehtiyatsızlıqdan içdiyi sirkə turşusundan zəhərlənib.
Ajans.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Mingəçevir şəhər xəstəxanasına yerləşdirilən gənc qızın vəziyyəti orta-ağırdır.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.