Azərbaycan millisi sonuncu matçında UDUZDU

Azərbaycan millisi
Gündəm 24-02-2025 - 20:41

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində sonuncu oyununu keçirib.

Ajans.az xəbər verir ki, B Liqasının IV qrupunda yer alan komanda Monteneqro ilə üz-üzə gəlib.

Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda təşkil olunan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Yığmanın yeganə qolunu 66-cı dəqiqədə Aysel Ziyadova vurub.

Qeyd edək ki, milli daha əvvəl keçirdiyi matçlarda Şimali İrlandiyaya və Albaniyaya 0:4 hesabı ilə məğlub olub.

PAYLAŞ: