Azərbaycan Dəmir Yolları tarixində ilk dəfə elektron imzadan istifadə olundu

Azərbaycan Dəmir Yolları tarixində ilk dəfə
Gündəm 13-01-2025 - 17:35

Azərbaycan Dəmir Yollarının tarixində ilk dəfə olaraq elektron hüquqi imzadan – “SİMA”dan istifadə etməklə Bakı Yük stansiyasından Səngəçal stansiyasına qrup vaqon göndərişi olub.

Ajans.az bildirir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin baş məsləhətçisi Asif Hüseynov məlumat verib. Daşıma prosesində ən önəmli olan məlumatlar və daşıma sənədi yük göndərən müştəri tərəfindən tərtib olunur. Elektron qaydada Bakı Yük stansiyasına yönləndirilir, əməkdaşlar tərəfindən yoxlanılır, təsdiqlənir və daşınmaya qəbul edilir. Gələcəkdə bu sistemin təkmilləşdirilməsi və həmçinin digər əməliyyatlar proseslərinə inteqrasiya olunması planlaşdırılır. Məqsəd müasir texnologiyalar vasitəsilə müştərilərə daha yüksək xidmətin göstərilməsidir.

PAYLAŞ: