Azərbaycan D-8-in tamhüquqlu üzvü oldu

Cəmiyyət
24-03-2025 - 17:32
Azərbaycan İstanbulda (Türkiyə) İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyinə D-8 Nizamnaməsinin ratifikasiyası ilə bağlı sənədləri rəsmi olaraq təqdim edib və bununla da təşkilata qoşulma prosesini tamamlayıb.
Ajans.az xəbər verir ki, bu barədə D-8 Katibliyinin mətbuat açıqlamasında bildirilib.
Məlumatda qeyd olunub ki, Azərbaycan martın 19-da D-8 Nizamnaməsinin ratifikasiyası ilə bağlı sənədləri təqdim edib.
Xatırladaq ki, 2024-cü il dekabrın 19-da Qahirədə (Misir) keçirilən D-8 üzv ölkələrinin dövlət və hökumət başçılarının XI Sammitində Azərbaycan yekdilliklə bu təşkilatın üzvü seçilib.
Mövzular:
Oxşar xəbərlər
Bu ərazidə yaşayanlara XƏBƏRDARLIQ: Oktyabrın 15-də saat 10:00-dən etibarən... - RƏSMİ
Cəmiyyət14:28 / 14-10-24