Avropalı siyasətçilər Ukraynaya görə ABŞ-dən kömək istəyir!

Siyasət
14-11-2024 - 14:00
Avropalı siyasətçilər ABŞ-yə üz tutaraq Ukraynaya daha çox silah verilməsini xahiş edib.
Ajans.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin mənbələrinə görə, avropalı liderlər və rəsmilər Vaşinqtondan Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyi və “onun silah istehsalında istifadə olunan qadağan olunmuş texnologiyaları əldə etmək imkanlarını məhdudlaşdırmağı” xahiş edib.
Bu müraciətlərin çoxunun qeyri-rəsmi olduğu qeyd edilir.
Şahanə Paşazadə
Vəzifəsi: Müxbir