Avropa Belarus və Rusiyadan asılıdır - Lukaşenko

Avropa Belarus və Rusiyadan asılıdır -
Lukaşenko
Siyasət 23-12-2024 - 13:46

Avropa tezliklə Belarus və Rusiyaya açılacaq, çünki onlarsız mövcud ola bilməz.

Ajans.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

O, ötən həftə Birləşmiş Ərəb Əmirliklərinə səfərindən sonra buna əmin olduğunu bildirib.

“Bu, o mənada üzə çıxacaq ki, Avropa Rusiyasız mövcud ola bilməz. O, bizsiz mövcud ola bilməz”, - Lukaşenko bildirib.

O, həmçinin Ukraynanın zamanla Rusiya və Belarusla da əməkdaşlıq edəcəyi barədə fikir bildirib. O, bu qənaətə gəlib ki, ölkələr arasında münasibətlər normallaşdırılmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: