“Avrasiya Hospital”ın lifti qırıldı - Xəsarət alan var

“Avrasiya Hospital”ın lifti qırıldı -
lift
Hadisə 16-12-2024 - 11:21

Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən “Avrasiya Hospital”da bədbəxt hadisə baş verib.

Ajans.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dekabrın 15-nə keçən gecə saat 23 radələrində olub.
Belə ki, xəstəxananın liftinin qırılması nəticəsində paytaxt sakini 1978-ci il təvəllüdlü Rəhman Əlisəfa oğlu Məmmədov xəsarət alıb. Ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
PAYLAŞ: