“ASAN xidmət” mərkəzləri günəş enerjisinə keçir

“ASAN xidmət” mərkəzləri
Gündəm 14-11-2024 - 20:01

Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, gələn il ərzində bütün “ASAN xidmət” mərkəzləri günəş panelləri ilə təchiz olunacaq.

Ajans.az xəbər verir ki, Dövlət Agentliyinin sədri AZƏRTAC-a müsahibəsində bildirib ki, noyabr ayının əvvəlində “yaşıl enerjiyə keçid” layihəsinə başlanılıb. Ölkənin 27 regionunda fəaliyyət göstərən bütün “ASAN xidmət” mərkəzləri günəş enerjisi ilə çalışacaq. Bununla da dioksid tullantılarının qarşısı alınacaq. O, həmçinin qeyd edib ki, artıq Bakı Şəhəri 7 saylı “ASAN xidmət” mərkəzi günəş panelləri ilə təchiz olunub. Gələn il isə bütün mərkəzlər günəş enerjisinə keçəcək.

Cahan Seyidzadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: