"Apple" ucuzlaşdı!

"Apple"
İqtisadiyyat 03-04-2025 - 12:23

ABŞ Prezidenti Donald Trampın Çin də daxil olmaqla əsas ticarət tərəfdaşlarına qarşı yeni tariflər elan etməsindən sonra Apple (AAPL.O) şirkətinin Frankfurt birjasında səhmləri 7% dəyər itirib.

Ajans.az xəbər verir ki, “Apple”ın istehsal bazasının böyük bir hissəsi Çində yerləşdiyindən, bu tariflər şirkət üçün ciddi iqtisadi təsirlər yarada bilər. 

Citi analitiklərinin qiymətləndirməsinə görə, əgər Apple bu dəfə tariflərdən azad olunmasa və ümumi 54%-lik Çin tariflərinə məruz qalsa, şirkətin ümumi mənfəət marjasına 9%-lik mənfi təsir göstərə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: