Android istifadəçilərinin DİQQƏTİNƏ: Yeni əməliyyat sistemi təqdim edildi

Android istifadəçilərinin DİQQƏTİNƏ: Yeni əməliyyat sistemi
Google
Maraqlı 13-12-2024 - 08:45

Google Android XR əməliyyat sistemini (ƏS) elan edib.

Ajans.az xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat verilib.

Təqdim olunan sistem alternativ reallıq cihazları - qulaqlıqlar və eynəklərlə işləmək üçün nəzərdə tutulub. ƏS virtual və əlavə reallıq texnologiyalarından, həmçinin süni intellektdən (AI) istifadə edən qadcetlərə inteqrasiya olunacaq. Android XR yeni nəsil qadcetlər üçün açıq, vahid platforma adlandırılıb.

Şirkət qeyd edib ki, o, OS-ni Samsung və Qualcomm ilə birlikdə hazırlayıb. O, ARCore, Android Studio, Jetpack Compose, Unity, OpenXR və digər texnologiyaları dəstəkləyir. Android XR əsasında ilk cihaz, ilkin olaraq Project Moohan adlanan Samsung-dan qarışıq reallıq qulaqcığı olacaq. Cihaz 2025-ci ildə satışa çıxarılacaq.

Google söz verib ki, smartfon və planşetlər üçün Google Play-də mövcud olan bütün proqramlar Android XR ilə işləyən cihazlarda işləyəcək. “Tərtibatçılar üçün bu vahid platforma onlara tanış Android alətləri və çərçivələrindən istifadə edərək geniş çeşidli cihazlar üçün təcrübə yaratmağa imkan verir”, - korporasiya vurğulayır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: