Almaniyada avtomobil izdihamın üzərinə çırpıldı: Xeyli sayda yaralı var
![Almaniyada avtomobil izdihamın üzərinə çırpıldı:](https://ajans.az/uploads/images/202502/image_940x_67adc5048bfb3.webp)
Almaniyanın Münhen şəhərində avtomobil izdihamın üzərinə çırpılıb və ilkin məlumata görə, 15 nəfər xəsarət alıb.
Ajans.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Səlahiyyətlilər əlavə təfərrüat vermədən mərkəzi qatar stansiyasının yaxınlığında genişmiqyaslı polis əməliyyatı aparıldığını və məmurların nə baş verdiyini yoxlamaq üçün çalışdıqlarını söyləyib.