Almaniya və İran arasındakı gərginlik böyüyür...

Almaniya və İran arasındakı
Şolz Əraqçı
Siyasət 29-10-2024 - 18:54

Almaniya Xarici İşlər Nazirliyi İran-Almaniya ikili vətəndaşı Cəmşid Şarmehdin İranda edam edilməsindən sonra Almaniya səfiri Markus Potzeli məsləhətləşmələr üçün Tehrandan geri çağırıb.

Ajans.az xəbər verir ki, İranda terrorizmdə ittiham olunan ikili İran və Almaniya vətəndaşı Cəmşid Şarmehdin edam edilməsi Tehran və Berlin arasında gərginliyi yenidən artırır.

Almaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada İranın müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilib. Bəyanatda "Rejimin hərəkətlərinə kəskin etirazımızı bildirdik və bundan sonra da addım atmaq haqqımızı özümüzdə saxladıq. Tehrandakı səfirimiz də bu gün İranın xarici işlər naziri (Abbas Əraqçı) ilə danışdı və Şarmehdin qətlinə ən sərt şəkildə etiraz etdi”, - deyə, qeyd edilib.

Almaniya kansleri Olaf Şolz edamdan sonra sosial media hesabında etdiyi paylaşımda İrana reaksiya verib. Şolz "Cəmşid Şarmehdin İran rejimi tərəfindən edam edilməsi ən şiddətli şəkildə qınadığım bir qalmaqaldır. Məhkəmədə Şarmehdə ona qarşı irəli sürülən iddialara qarşı özünü müdafiə etmək imkanı belə verilmədi" ifadələrini işlədib.

Qeyd edək ki, Şarmehd 2023-cü il fevralın 21-də məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib.

 

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: