Almaniya Rusiyaya qarşı sanksiyaların tətbiqini kəskin TƏNQİD ETDİ

Almaniya Rusiyaya qarşı sanksiyaların tətbiqini kəskin
Siyasətçi
Siyasət 16-12-2024 - 09:57

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarını davam etdirməsi ağılsızlıqdır və Avropa sənayesinə qarşı çevrilişi xatırladır.

Ajans.az xəbər verir ki, bu barədə Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimeyer RİA Novosti-yə bildirib.

Agentliyin həmsöhbəti Aİ-nin hərəkətlərini tənqid edib:

“Bu, çılğın bir vəziyyətdir və mən hesab edirəm ki, tətbiq edilən bütün sanksiyalar yalnız həyatı çətinləşdirdi, lakin onların Rusiyaya heç bir siyasi təsiri olmadı”.

Alman siyasətçi qeyd edib ki, avropalılar hələ də Rusiya neftini alırlar, lakin onu Hindistan vasitəsilə alırlar. Niemeyer əlavə edib ki, məhdudiyyətlərin tətbiqindən sonra Rusiyada bir sıra malların istehsalı qurulub və indi Avropa şirkətləri Rusiya Federasiyası bazarına qayıtmaq istəyirlər.

Bundan əvvəl Niemeyer Donald Trampın prezidentliyi dövründə ABŞ-nin NATO- dan çıxma ehtimalından danışmışdı. O bildirib ki, Avropa özünün təhlükəsizlik siyasətini təşkil etmək və hətta bunu Rusiya ilə müzakirə etmək iqtidarındadır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: