"Aktivlərimiz 10 milyardı ötüb" - Fərid Hüseynov

"Aktivlərimiz 10 milyardı ötüb" -
Fərid Hüseynov
Gündəm 19-12-2024 - 10:15

 “Yəqin ki, 2024-cü ildən danışsaq, görərik ki, çox maraqlı layihələrimiz olub. Biz artıq 10 milyardlıq bank olmuşuq. Aktivlərimiz 10 milyardı keçir”.

Ajans.az-ın özəl xəbərinə görə, bunu “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov “Kapital Bank”ın mətbuat brifinqində deyib. O, jurnalist, Ajans.az xəbər portalının baş redaktoru Tural Müseyibovun sualını cavablandırarkən bu barədə danışıb.

İdarə Heyətinin üzvü Emin Məmmədov isə maliyyə hesabatları ilə bağlı danışıb:

“2024-cü ilin maliyyə hesabatları artıq hazırdır. Qeyd etmək istərdik ki, 2023-2024-cü illər ərzində 176 milyon dividend ödənilib. Bu məbləğin 145 milyonu subordinasiya borclarına aiddir. Bundan əlavə, gələcək dövr üçün də “Kapital bank”da pul axınlarını proqnozlaşdıracaq”.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: