Ağsuda yeniyetmə bıçaqlandı

Ağsuda bıçaqlanma hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, gecə saatlarında 2009-cu il təvəllüdlü M.Ə. ağır dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Rüfət İbrahimov və bir yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.