Ad günü qeyd etmək istədi - Tort üzündə PARTLADI

Ad günü qeyd etmək istədi -
Tort
Dünya 25-02-2025 - 17:42

Vyetnamda qəribə hadisə baş verib.

Ajans.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Vyetnamdan olan 33 yaşlı Giang Pham ad gününü qeyd edərkən başına dəhşətli hadisə gəlib. Belə ki, o, ad günü tortunu üfləyərkən əlindəki şar üzündə partlayıb.

Qadın üzündə 2-ci dərəcəli, əllərində isə 1-ci dərəcəli yanıqlarla xəstəxanaya yerləşdirilib.

Ətraflı videoda:

@dailymail

It was meant to be a happy day ???? ♬ original sound - Daily Mail

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: