Abxaziya prezidenti istefa verir!
Abxaziya prezidenti Aslan Bjaniya etirazçılar Suxumda parlament binasını tərk edəndə istefaya gedəcəyini vəd edib.
Ajans.az xəbər verir ki, o, bu barədə jurnalist və yerli sakinlərlə görüşündə deyib.
“Onlar binadan çıxanda mən istefa məktubu yazacağam və yeni seçkilərdə onların nə qədər dəstək aldığını görəcəyik”, - deyə, o bildirib.
Abxaziya lideri etirazçılardan hökumət binaları kompleksini boşaltmağı, sonra isə yeni seçkilər təyin etməyə hazır olacağını tələb edib. Bjaniya əlavə edib ki, istefa verəcəyi təqdirdə vitse-prezident ölkəni idarə edəcək. Eyni zamanda, o, seçkilərdə namizədliyini irəli sürməyə hazır olduğunu bildirib.
Dünən səhər saatlarında müxalifətin çağırışı ilə insanlar parlamentin yaxınlığında toplaşmağa başlayıb. Müxalifət Bjaniyanın istefasını və növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edib. O, dünən işinə davam edəcəyini deyərək bundan imtina edib.