ABŞ Yəmənə zərbələr endirməkdə davam edir

Dünya
18-03-2025 - 12:20
Martın 18-də amerikalılar Yəmənə bir neçə zərbə endiriblər.
Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, zərbələr paytaxt Sənanı hədəf alıb.
Qeyd olunur ki, Bağdad rayonunda yerləşən Əl-Həbaşı metallurgiya zavodu da bundan əvvəl ABŞ-nin 12-dən çox aviazərbəsinə tuş gəlib və nəticədə mülki obyektə xeyli ziyan dəyib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Qırmızı dənizdə İsrail gəmilərinin hərəkətinə mane olan yəmənli husilərin hərəkətlərinə görə İranı ittiham etmişdi.
Mövzular:
Oxşar xəbərlər
ABŞ-də yəhudi İsraildən olan turistlərə atəş açıb: "Elə bildim fələstinlilərdir"
Dünya09:59 / 18-02-25