ABŞ Ukraynaya hərbi dəstəyi dayandırdı
ABŞ prezidenti Donald Trampın müvafiq fərmanından sonra Vaşinqton Ukraynaya hərbi və iqtisadi dəstəyi dayandırıb.
Ajans.az xəbər verir ki, bu barədə The Washington Post (WP) qəzetinə ABŞ Konqresindəki mənbə məlumat verib.
“Fərman, deyəsən, Ukraynaya hərbi maliyyənin ayrılmasını dayandırıb”, - nəşr qeyd edir.
WP-nin həmsöhbətinin sözlərinə görə, fərman iqtisadi dəstəyin dayandırılmasına da təsir edib, lakin hazırda Kiyevə büdcə yardımı davam edir. Yanvarın 21-də Tramp bütün xarici yardım proqramlarını 90 gün müddətinə dayandıran sərəncam imzalayıb .